Menu

Gürcüstan Konstitusiya Məhkəməsi “Xarici təsir haqqında” qanunu müzakirə edəcək

21.08.2024, 19:48
Gürcüstan Konstitusiya Məhkəməsi “Xarici təsir haqqında” qanunu müzakirə edəcək

29-30 avqust tarixlərində Gürcüstanın Konstitusiya Məhkəməsi “Xarici təsir haqqında” qanunun qüvvəsinin dayandırılması məsələsini müzakirə edəcək.

APA-nın “Qruziya-Online”-a istinadən xəbərinə görə, bunu Konstitusiya Məhkəməsinin sədri Merab Turava deyib.

O bildirib ki, indiyədə qədər məhkəməyə Gürcüstan prezidenti Salome Zurabişvili də daxil olmaqla, müxtəlif qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və müxalifət tərəfindən 4 iddia ərizəsi təqdim edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol