Menu

Məşhur aparıcı və BMT-nin sabiq müfəttişi FTB-nin hədəfində - ABŞ nəşri qaranlıq məqamları açıqladı

22.08.2024, 11:20
Məşhur aparıcı və BMT-nin sabiq müfəttişi FTB-nin hədəfində - ABŞ nəşri qaranlıq məqamları açıqladı

“FTB agentləri tərəfindən məşhur politoloq Dmitri Sims və BMT-nin keçmiş müfəttişi Skott Ritterin evlərində aparılan axtarışlar onların Rusiyanın Ukraynaya müdaxiləsinə cavab olaraq tətbiq edilmiş iqtisadi sanksiyaları və xarici agentlər haqqında qanunu pozması şübhələri ilə əlaqələndirilir”.

“AzPolitika” xəbər verir ki, bu barədə “New York Times” qəzeti ABŞ hökumətindəki mənbələrə istinadən yazıb.

D.Simsin Virciniya ştatındakı evində axtarış avqustun 13-də, Skott Ritterin Nyu-York ştatındakı evində isə avqustun 7-də aparılıb.

Vaşinqtonda Milli Maraqlar Mərkəzinin keçmiş rəhbəri və 2018-ci ildən “The National Interest” jurnalının naşiri, politoloq Dmitri Simes Rusiya dövlət televiziyasının “Birinci Kanal”-ında “Böyük oyun” verilişinə aparıcılıq edir.

Onun sözlərinə görə, 2022-ci ilin payızından Rusiyadadır. Skott Ritter Rusiyanın dövlət televiziya kanalı RT ilə əməkdaşlıq edib. “New York Times”ın həmsöhbətlərinə görə, istintaq Simes və Ritterə qarşı cinayət ittihamının irəli sürülməsi ilə nəticələnə bilər.

Axtarışlar Amerika kəşfiyyat orqanlarının Rusiyanın xarici ölkələrdə, o cümlədən ABŞ-dakı seçkilərə müdaxiləsinə diqqətinin artması fonunda baş tutub. İyul ayında ABŞ, Kanada və Hollandiyanın kəşfiyyat agentlikləri RT xəbər kanalının və digər dövlət qurumlarının müxtəlif ölkələrdə seçkilərin nəticələrinə təsir göstərmək məqsədilə Rusiya xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini bildiriblər. Xüsusilə, onlar uydurma saytlar yaradır, Co Bayden və Kamala Harrisi mənfi tərəfdən təqdim edən videolar hazırlayırlar. X sosial şəbəkəsi Rusiya ilə bağlı minə yaxın saxta hesabı bağlayıb. ABŞ Milli Kəşfiyyatının rəhbəri xəbərdarlıq edib ki, Kreml bilərəkdən və bilməyərəkdən Rusiyaya faydalı məlumatlar yayan amerikalılardan istifadə edir.

Sims “Sputnik”-ə əvvəlki müsahibəsində axtarışları rəsmi Amerika siyasətinə qarşı çıxanları qorxutmaq cəhdi adlandırmışdı. Rusiyanın Ukraynaya müdaxiləsini açıq şəkildə müdafiə edən Ritter “New York Times” qəzetinə deyib ki, axtarış qərarı Xarici Agentlərin Qeydiyyatı Aktının pozulması ilə bağlı araşdırmadır və onun ABŞ-ın maraqlarına zidd olaraq Rusiya ilə əlbir olmaqda şübhəli bilindiyini irəli sürüb.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol