Menu

Putin Özbəkistana gedir

09.12.2014, 11:06
Putin Özbəkistana gedir

Rusiya prezidenti Vladimir Putin dekabrın 10-da Özbəkistana gedəcək.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Vladimir Putin Özbəkistan prezidenti İslam Kərimovun dəvəti ilə Özbəkistana səfər edəcək.

Səfər çərçivəsində aparılacaq yüksək səviyyəli danışıqlar zamanı Rusiya və Özbəkistan arasındakı strateji tərəfdaşlığın inkişaf etdirilməsi barəsində müzakirələrin aparılması gözlənilir.

Bununla yanaşı, Əfqanıstandakı vəziyyət, regional təhlükəsizlik məsələlərin aktual problemləri haqqında da fikir mübadiləsi aparılacaq. Görüşdə ikitərəfli sənədlər imzalanacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol