Menu

Bakıda Boneyra adası ilə bağlı keçirilən konfransın yekunlarına dair bəyannamə qəbul edilib

22.08.2024, 16:34
Bakıda Boneyra adası ilə bağlı keçirilən konfransın yekunlarına dair bəyannamə qəbul edilib

"Boneyra adasının Bakıdan keçən BMT Baş Assambleyasındakı öz müqəddəratını təyinetmə yolu” adlı konfransın yekunlarına dair bəyannamə qəbul edilib.

APA-nın məlumatına görə, sənəddə deyilir ki, müstəmləkə şəraitində mövcudluğunu davam etdirən Boneyra dövləti və xalqının bütün fundamental hüquq və azadlıqları Birləşmiş Millətlər Təşkilatının nizamnaməsinin tələblərinə uyğun təmin edilməli, beynəlxalq ictimaiyyət Boneyra ərazisində yaşayanların problemlərinə diqqət yetirməlidir.

Eyni zamanda bəyannaməni imzalayan tərəflər Boneyra da daxil olmaqla, Karib hövzəsində yerləşən müstəmləkə dövlətlərinin humanitar ehtiyaclarının ödənilməsi üçün tutarlı və təsirli tədbirlər görməlidir.

Əlavə edək ki, konfrans iştirakçısı olan bütün tərəflərin təsdiqlədiyi sənəddə Niderland hökuməti müstəmləkə ərazilərindəki vəziyyətin beynəlxalq monitorinqinin aparılmasına şərait yaratmağa çağırılır.

Şərhlər

Müslüm 2024-08-22 18:08:11

Guya Azərbaycanı Rusiyanın müstəmləkisinə ,çevirməyiblər? Putini şah kimi qəbul etmək nə deməkdir?Ona kondert təşkil etmək,müxtəlif yrməklər təqdim etmək,Ağanəı şəhəri gəzirmək və sair əməllər bunu sübut etmir?Onun göstərişlərinə müti əməl etmək nəyin nümunəsidir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol