Menu

“Ukrayna Kursk AES-i vurmaq istəyib” - Putin

22.08.2024, 18:36
“Ukrayna Kursk AES-i vurmaq istəyib” - Putin

Avqustun 22-nə keçən gecə Ukrayna Silahlı Qüvvələri Kursk Atom Elektrik Stansiyasına zərbə endirməyə cəhd edib, Beynəlxalq Atom Enerjisi Agentliyinə (MAQATE) məlumat verilib.

“AzPolitika” xəbər verir ki, bunu Vladimir Putin Rusiya Federasiyasının sərhədyanı bölgələrindəki vəziyyətlə bağlı keçirdiyi iclasda deyib: “Düşmən bu gün gecə saatlarında AES-ə zərbə endirməyə cəhd edib. Beynəlxalq Atom Enerjisi Agentliyinə məlumat verilib, onlar vəziyyəti qiymətləndirmək üçün mütəxəssislər göndərəcəklərinə söz verirlər. Ümid edirəm ki, sonda bu, onlar tərəfindən həyata keçiriləcək”.

Xatırladaq ki, Rusiya işğalçı qoşunları Ukraynanın Zaporojye AES-ini işğal ediblər.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol