Menu

Kremlə yaxın politoloq Kurskdakı rus qoşununu təhqir etdi - “Toyuq kimi qaçırlar...”

22.08.2024, 18:35
Kremlə yaxın politoloq Kurskdakı rus qoşununu təhqir etdi - “Toyuq kimi qaçırlar...”

Kurskda Ukrayna qoşunlarının hələ də irəliləməsi Kremlə yaxın təbliğatçıları özündən çıxarır.

“AzPolitika” xəbər verir ki, Rusiya Dövlət Dumasının keçmiş deputatı, hazırda isə Kremlin “politoloqlarından” biri olan Vladimir Lepyoxin Kursk vilayətindəki rus qoşunlarını toyuqlarla müqayisə edərək, hərbçiləri kəskin tənqid edib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri hinə girən tülküyə bənzəyir, rus ordusu isə “mikroskopik kiçik beyinlərinə görə müqavimət göstərə bilmir”: “Belə təəssürat yaranır ki, toyuqların yaşadığı hinə tülkü girib. Şərti olaraq, bu, Ukrayna Silahlı Qüvvələridir. Toyuqlar isə hinin içində ora-bura qaçırlar, qanadlarını silkələyirlər, qışqırırlar... Lakin tülkü onları yavaş-yavaş yeyir. Çünki toyuqlar kiçik mikroskopik beyinə malik oldquları üçün kollektiv şəkildə birləşib tülkünün cavabını verə bilmirlər. Yəni, vahid idarəçilik sistemi yoxdur”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol