Menu

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub

22.08.2024, 23:00
UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub

"Zirə" UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk matçında Kiprdə "Omoniya" ilə qarşılaşıb.

"Report" xəbər verir ki, GSP stadionunda baş tutan matç meydan sahibləri böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:0.

Qeyd edək ki, bu komandalar arasında cavab matçı avqustun 29-da “Liv Bona Dea Arena”da təşkil olunacaq. Qarşılaşma saat 20:00-da start götürəcək.

***

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" oyununda beşinci qol vurulub.

"Report" xəbər verir ki, GSP stadionundakı görüşdə meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 5:0.

60-cı dəqiqədə Evandro fərqlənib.

***

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" oyununda dördüncü qol vurulub.

GSP stadionundakı görüşdə meydan sahibləri üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 4:0.

54-cü dəqiqədə Mariuş Stepinsk dubl müəllifi olub.

***

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" oyununda ikinci hissə başlayıb.

GSP stadionundakı görüşdə meydan sahibləri hesabda öndədirlər - 3:0.

Matçı estoniyalı baş hakim Yuri Frişer idarə edir.

***

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" matçında ikinci qol vurulub.

"Report" xəbər verir ki, GSP stadionundakı oyunda meydan sahibləri növbəti dəfə fərqlənib - 2:0.

34-cü dəqiqədə Vili Semedo penalti zərbəsini dəqiq yerinə yetirib.

***

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Omoniya" (Kipr) - "Zirə" matçında hesab açılıb.

"Report" xəbər verir ki, GSP stadionundakı görüşdə meydan sahibləri hesabda önə çıxıb.

14-cü dəqiqədə Amin Xammas fərqlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol