Menu

Putin və Paşinyan razılığa gəliblər - Yaxın vaxtlarda görüşəcəklər

23.08.2024, 13:20
Putin və Paşinyan razılığa gəliblər - Yaxın vaxtlarda görüşəcəklər

Ermənistanın baş naziri Nikol Paşinyanla Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

APA Ermənistan Baş nazirinin saytına istinadən xəbər verir ki, Rusiya prezidenti Ermənistanın baş nazirinə ötən həftə Azərbaycana səfəri ilə bağlı təəssüratları barədə məlumat verib və buna görə Paşinyan prezident Putinə minnətdarlığını bildirib.

Tərtəflər Ermənistan və Rusiya arasında gündəlikdəki ikitərəfli məsələləri müzakirə etmək üçün yaxın vaxtlarda görüşmək barədə razılığa gəliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol