Menu

Rusiyada həbsxana ələ keçirildi - FOTO

23.08.2024, 15:58
Rusiyada həbsxana ələ keçirildi - FOTO

Rəhbərliyi qətlə yetirən məhbuslar iki milyon dollar tələb edir

Volqoqrad vilayətindəki 19 saylı koloniyada məhbuslar müəssisənin əməkdaşlarını girov götürüblər və bir neçə nəfəri qətlə yetiriblər.

“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya mətbuatı və “teleqram” kanalları Federal Penitensiar Xidmətə istinadla məlumat yayıblar.

Hdisə intizam komissiyasının iclası zamanı baş verib. “Baza”-nın məlumatına görə, 4 nəfər girov götürülüb. Federal Penitensiar Xidmət bir əməkdaşın ölümünü təsdiqləyib. “Baza”isə üç ölü və ən azı iki yaralının olduğunu xəbər verir. Hücum edənlərin İŞİD üzvü olduqları iddia edilsə də, bu məlumatın doğruluğu hələlik rəsmən təsdiqlənməyib. Lakin yayılan videogrüntülərdə onların dini fanatik olduqları aşkar sezilir.

İlkin məlumata görə, hücum edənlərdən biri “terror aktı” maddəsi ilə məhkum edilib. İstintaq təcridxanasında fövqəladə vəziyyət elan edilib. Hücum edənlərin 4 nəfər olduğu deyilir. Onların fotoları da yayımlanıb. Həmçinin, koloniyanın rəhbəri Andrey Devyatov haqqında mənbələrdən alınan məlumatlar müxtəlifdir - bəzi mənbələrə görə o, reanimasiyadadır, bəzilərinə görə isə girov götürülüb.

Rusiya “teleqram” kanalları iddia edir ki, Volqoqrad cəzaçəkmə koloniyasını ələ keçirən məhbuslar helikopter və iki milyon ABŞ dolları tələb ediblər. Onlar istəyirlər ki, helikopter birbaşa koloniyanın həyətinə enib onları Gürcüstana aparsın. Əks təqdirdə, bütün girovları öldürməklə hədələyirlər. Danışıqlar üçün koloniyaya yerli mollanın gətirildiyi də bildirilir.

“AzPolitika.info”


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol