"Qəbələ" klubunun baş məşqçisi Dorinel Muntyanu istefaya göndərilib. Sportnet.az-ın xəbərinə görə, bu barədə ötən gün klubdaxili iclasda qərar qəbul edilib. Rumıniyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında pozulub. Rəsmi qərarın bu gün açıqlanacağı gözlənilir. Muntyanunun qovulmasına komandanın bu mövsüm qeyri-sabit çıxışı səbəb olub. Rəhbərliyin səbr kasası Premyer Liqanın XV turunda "Xəzər Lənkəran"a 0:3 hesablı məğlubiyyətdən sonra daşıb.
Qeyd edək ki, Dorinel Muntyanu "Qəbələ"yə iyunun 15-də baş məşqçi təyin olunmuşdu. Onun müqaviləsi 1 il müddətinə nəzərdə tutulmuşdu. Muntyanunun rəhbərliyi altında "Qəbələ" Avropa Liqasında elə ilkin təsnifat mərhələsindəcə mübarizəni dayandırıb, Premyer Liqada isə 15 turdan sonra 14 xalla 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, "Qəbələ" FK-nun prezidenti Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərovdur


Şərhlər