Menu

Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

23.08.2024, 22:57
Sabahdan Bakıda suyun verilməsi əvvəlki rejimdə təmin ediləcək

Oğuz-Qəbələ-Bakı su kəmərində aparılan təmir-bərpa işlərindən sonra, reqlamentə uyğun olaraq kəmərin su ilə doldurulmasi müvəffəqiyyətlə başa çatdırılır.

Bu barədə “Report”a İri Şəhərlərin Birləşmiş Su Təchizatı xidmətindən məlumat verilib.

Qeyd olunub ki, avqustun 24-ü səhər saatlarında şəhərin su təchizatı şəbəkəsinin əvvəlki rejimdə işləməsi təmin ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol