Menu

İsrail döyüş təyyarələri Livanı vurub - Həlak olanlar var

23.08.2024, 23:19
İsrail döyüş təyyarələri Livanı vurub - Həlak olanlar var

İsrail döyüş təyyarələrinin Livanın cənubuna hava zərbəsi endirməsi nəticəsində biri uşaq olmaqla 8 nəfər həlak olub.

APA xəbər verir ki, bu haqda Livanın rəsmi agentliyi NNA məlumat yayıb.

İsrail təyyarələrinin Livanın cənubundakı Tir şəhərinin Tayr Harfa qəsəbəsinə hava hücumu həyata keçirməsi zamanı 5 nəfər həlak olub.

Livanın cənubunda Həmadiyə şossesində bir avtomobilin vurulması zamanı isə bir nəfər ölüb.

Bundan başqa Səhiyyə Nazirliyi də İsrail ordusunun ölkənin cənubundakı Aytə əl-Cəbəl qəsəbəsinə təşkil etdiyi hava hücumun zamanı aralarında 7 yaşlı uşaq olmaqla 2 nəfərin həlak olduğunu açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol