Ukrayna Prezidenti Volodimir Zelenski Müstəqillik Günü münasibətilə xalqa müraciət edib. 

“AzPolitika” xəbər verir ki, Ukrayna Prezidenti Ukrayna dövlətinin öz ərazilərinin “boz zona”ya çevrilməsinə icazə verməyəcəyini deyib: “Bu gün biz Ukraynanın 33-cü Müstəqillik Gününü qeyd edirik və düşmənin bizim torpağımıza gətirdikləri indi öz evinə qayıdıb. Bizim torpaqlarımızı bufer zonasına çevirmək istəyən şəxs düşünməlidir ki, öz ölkəsi bufer federasiyasına çevrilməsin... Haqlı olaraq mavi-sarı bayrağın olmalı olduğu torpağın boz zonaya çevrilməsinə icazə verməyəcəyik. Qırmızı Meydandan kimsə daim qırmızı düymə ilə hədələyərək, bizə “qırmızı cizgilərini” diktə edə bilməyəcək”.

“AzPolitika.info”