Menu

“Sülhdən başqa alternativ yoxdur” - Lukaşenko ukraynalıları təbrik edib

24.08.2024, 11:28
“Sülhdən başqa alternativ yoxdur” - Lukaşenko ukraynalıları təbrik edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Günü münasibətilə Ukrayna vətəndaşlarına təbrik ünvanlayıb. 

“AzPolitika” xəbər verir ki, Belarus başçısı Ukrayna rəhbərliyinə yox, sıravi vətəndaşlara müraciət edib: “Belarus torpağında istiqanlı və zəhmətkeş Ukrayna xalqına həmişə xüsusi hörmət və hərarətlə yanaşılıb. Xalqlarımız uzun müddət birlikdə güc tapıb, sevinclə kədəri bölüşüb, çətinliklərə birgə qalib gəlib, uğurları ilə fəxr edib. Bizi təkcə ortaq tale və qohumluq bağları deyil, həm də qonşularımızla dost olmaq, yola getmək istəyi birləşdirir. Əminəm ki, bugünkü çətin şəraitdə slavyan xalqlarının indiki və gələcək nəsilləri naminə sülh dilində danışmaq nəinki mümkün, həm də zəruridir. Başqa alternativ yoxdur. Belarus isə öz növbəsində regionda təhlükəsizliyin mümkün qədər tez təmin olunması üçün əlindən gələni etməyə davam edəcək”. 

Xatırladaq ki, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin ilk günüdə rus qoşunları məhz Lukaşenkonun rəhbərlik etdiyi Belarus ərazisindən keçərək, Kiyevə tərəf hərəkətə keçmişdi.

“AzPolitika.info” 

Şərhlər

Vətəndaş 2024-08-24 11:37:16

Lukaşenko da mandrajdadır. Dalı quş bişirir indi qorxudan. Putik Rusiya məhv olur. Diktatorların müdafiəçisi Rusiya dağılacaq inşallah. Rusiya vassallarının da sonu olacaq

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol