Menu

Azadlıq prospektindən Neftçilər prospektinə çıxışda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

24.08.2024, 12:01
Azadlıq prospektindən Neftçilər prospektinə çıxışda nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

24 avqust saat 23:59-dan etibarən Azadlıq prospektindən Neftçilər prospektinə çıxış nəqliyyatın hərəkəti üçün məhdud olacaq.

Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.

Bildirilib ki, məhdudiyyət "Formula 1" Azərbaycan Qran-Prisi 2024-ə hazırlıq çərçivəsində paytaxtın bəzi küçə və prospektlərində quraşdırma işləri ilə bağlıdır.

Qeyd edək ki, 13-15 sentyabr tarixlərində Bakıda "Formula 1" Azərbaycan Qran-Prisi 2024 baş tutacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol