Milli Məclisə 1 sentyabrda keçiriləcək növbədənkənar seçkilərdə 60 saylı Salyan seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Sadiq Qurbanov seçiciləri ilə görüşlərini davam etdirir.
“AzPolitika” namizədin “Facebook”-da paylaşdığı məlumatlara istinadla xəbər verir ki, S.Qurbanov Salyan rayonunun Çuxanlı, Piratman, Gəncəli, Kürsəngi, Birinci Varlı, İkinci Varlı, Peyk kəndlərinin və Qırx Çıraq qəsəbəsinin seçiciləri ilə bir araya gəlib.
S.Qurbanov həmçinin Çuxanlı kənd sakini, Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin qəhrəman kapitanı Kamil Şirinovun xatirəsini yad etmək üçün ailəsinə baş çəkib. “Qəhrəmancasına canından keçən bütün şəhidlərimizin ruhları şad olsun”, - namizəd sosial şəbəkə hesablnda yazıb.
Keçirdiyi görüşlərdən razı qalan namizəd, “Yeni dövrə Yeni Azərbaycanla” ideyasını dəstəkləyən 64 saylı Salyan seçki dairəsindən olan seçicilərinə göstərdikləri diqqət və səmimiyyətə görə təşəkkürlərini ifadə edib.
“AzPolitika.info”


Şərhlər