Menu

Məşhur baş məşqçi vəfat edib

25.08.2024, 10:51
Məşhur baş məşqçi vəfat edib

Bir müddət Türkiyədə "Beşiktaş", "Fənərbağça" və "Bursaspor"a da baş məşqçilik etmiş alman mütəxəssis Kristof Daum dünyasını dəyişib.

Apasport.az xəbər verir ki, türk futbolunun ən sevilən xarici məşqçilərindən olan Daum xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Türkiyə mediasında 71 yaşlı futbol adamının ölüm xəbərini "Fənərbaəça"da birlikdə çalışdıqları sabiq futbolçu Ümit Özat verib.

Qeyd edək ki, almaniyalı Türkiyə, Avstriya və Almaniyada liqa çempionluqları yaşayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol