Menu

Siyəzəndə əməliyyat yolu ilə çətənə kolları aşkarlanıb

25.08.2024, 11:15
Siyəzəndə əməliyyat yolu ilə çətənə kolları aşkarlanıb

Siyəzəndə əməliyyat yolu ilə çətənə kolları aşkarlanıb.

Bu barədə “Report”a DİN Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib.

Məlumata görə, Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon sakini S.Mayılovdan kultivasiya yolu ilə yetişdirdiyi çəkisi 4 kiloqram olan çətənə kolları aşkarlanıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol