Menu

İsrail XİN-in başçısı "Hizbullah"la mübarizədə ölkəsinə dəstək istəyib

25.08.2024, 12:03
İsrail XİN-in başçısı "Hizbullah"la mübarizədə ölkəsinə dəstək istəyib

Qəzzada qətliamlar törədən İsrail dünyanın onlarla ölkəsinin hökumətindən "Hizbullah" hərəkatına qarşı mübarizədə onu dəstəkləmələrini istəyib.

Bu barədə yəhudi dövlətinin Xarici İşlər Nazirliyi "X " sosial şəbəkəsində məlumat yayıb.

XİN-in açıqlamasında qeyd olunur ki, nazirliyin rəhbəri İsrael Katz İsraili dəstəkləmək üçün Qərbdən yenə dəstək istəyib. O, İsrail səlahiyyətlilərinin yaxınlaşan hücumla bağlı məlumatların nəhayət təsdiqlənməsindən sonra fəaliyyətə başladığını və "onu pozmaq üçün zərbə vurduğunu" bildirib.

Ətrafındakı bütün ölkələri qana boyayan İsrailin XİN rəhbəri iddia edib ki, onlar total müharibəyə can atmır və hadisələrin inkişafına uyğun hərəkət edəcəklər.

"Azpolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol