Menu

"Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb" - Nazir

25.08.2024, 13:37
"Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb" - Nazir

Bakıda mikromobillik infrastrukturunun inkişaf etdirilməsi üçün həyata keçirilən layihə çərçivəsində 10 km-dən artıq velisoped yolu salınıb.

“Report” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev feysbuk sosial şəbəkəsindəki hesabında bildirib.

Nazir qeyd edib ki, şəbəkənin genişləndirilməsi nəzərdə tutulur.

“Artıq ilk velosiped kirayəsi xidməti – “bike-sharing” işə başlayıb. Bu səmərəli fəaliyyətin iştirakçılarına uğurlar arzu edirik”, - R.Nəbiyev qeyd edib.

Şərhlər

Rabitəçi. 2024-08-25 20:10:21

Həlaldır bu nazirə,rabitədən başqa bütün işlərlə məşğuldur,əslində əsl hər şey naziri bu nazirdir.

Watchman 2024-08-25 15:51:55

Bəs Aztelekom? Yoxsa siz o işə qarışmırsız?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol