Menu

TƏBİB-dən Nəsman Yaqublu ilə bağlı açıqlama

25.08.2024, 20:07
TƏBİB-dən Nəsman Yaqublu ilə bağlı açıqlama

Nəsiman Qara oğlu Yaqublu Cəbrayıl rayonu ərazisində qəzaya düşmə səbəbilə 25.08.2024-cü il tarixində saat 18:30 radələrində Füzuli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zamirə Adilovanın verdiyi məlumata görə, ona qapalı kəllə-beyin travması, döş qəfəsinin küt travması, hemotoraks, sol said sümüklərinin yerdəyişən sınığı, qarın boşluğunun küt travması, travmatik şok diaqnozları təyin edilib.

Həkimlərin səylərinə, aparılan tibbi müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb, saat 18:43-də ölüm faktı qeydə alınıb.

Allah rəhmət eləsin!

Şərhlər

Yaqub 2024-08-25 22:22:58

Bir Alimimiz də belə getdi. Allah rəhmət eyləsin. Amin!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol