Menu

"Yaxın Şərqdə vəziyyət kritik həddə çatıb" - Borrel

25.08.2024, 22:00
"Yaxın Şərqdə vəziyyət kritik həddə çatıb" - Borrel

“Yaxın Şərqdə vəziyyət region və onun hüdudlarından kənarda təhlükə yaratmaq üçün kritik həddə çatıb”.

“Report”xəbər verir ki, bu barədə Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrel “X” sosial şəbəkəsindəki hesabında yazıb.

Borrell həmçinin vurğulayıb ki, o, tammiqyaslı müharibə riskindən qaçmaq üçün Qəzza zolağında çox ehtiyac duyulan atəşkəsə əlavə olaraq, Livan hakimiyyətinin BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin dərhal tətbiq edilməsi çağırışını dəstəkləyir.

Qeyd edək ki, “Hizbullah” hərəkatı Livandan İsrailə doğru 320-dən çox raket atıb.

Şərhlər

dadaşyev 2024-08-25 23:38:29

Yaxın Şərqdə vəziyyət kritik həddə çatıb,yoxsa Yaxın Şərqdə nəhayət ki vəziyyəti kritik həddə çatdıra bilmişik?Hansıdı bunlardan?

Tahir 2024-08-25 23:29:55

Bütün münaqişə və müharibələrin yaranmasının, törədilməsinin ya başında ya mərkəzində duran bu v ya bunun kimilərdir, ancaq sanki bütün bunları başqa birisi etmişdir kimi davranırlar. Minlərlə günahsız insanların qətlində heç bir ən azı mənəvi məsuliyyət daşımadan, utanıb xəcalət çəkmədən həyasızcasına bəyanat, proqnoz verirlər. Heç kim də deyə bilmir ki, bunları sizlər törətmisiniz. Budur Qloballaşmanın nəticələri...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol