Menu

3,2 milyard insan bu xəstəliyə tutula bilər - Xəbərdarlıq

09.12.2014, 12:00
3,2 milyard insan bu xəstəliyə tutula bilər - Xəbərdarlıq

Ötən il dünyada 584 min nəfər qızdırma xəstəliyindən ölüb. Lent.az-ın məlumatına görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı hesabat yayıb.

Həmin şəxslərdən də 90 faizi Afrika ölkələrinin payına düşür.

Ölənlərin 453 mini 5 yaşınadək olan uşaqlardır. Ümumdünya Səhiyyə Təşkilatı həmçinin xəbərdarlıq edərək bildirib ki, 97 ölkədə təxminən 3,2 milyard insanın qızdırmaya tutulma riski var.

Ebola virusunun qızdırma ilə mübarizəyə mənfi təsir göstərdiyi də hesabatda öz əksini tapıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol