Menu

Şimali Koreya yerli PUA-larını test edib – Kim Çen xeyli məmnun qalıb + FOTOLAR

26.08.2024, 11:09
Şimali Koreya yerli PUA-larını test edib – Kim Çen xeyli məmnun qalıb + FOTOLAR

Şimali Koreya özünün yeni istehsal etdiyi kamikadze dronlarını sınaqdan keçirməyə başlayıb.

“AzPolitika” xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Müdafiə Elmləri Akademiyasının Dron İnstitutuna baxış keçirib və yerli istehsal edilən PUA-ların sınaq testini izləyib

Rəsmi mənbələrə görə, testi izləyən Kim pilotsuz təyyarələrin taktiki və texniki xüsusiyyətlərindən razı qaldıb.

Kim bildirib ki, pilotsuz təyyarələrin performans testindən sonra getdikcə daha çox müxtəlif kamikadze dronlar, eləcə də strateji kəşfiyyat və çoxməqsədli hücum PUA-ları istehsal etməlidirlər.

Kim həmçinin sualtı hücum dronlarının hazırlanmasının vacibliyini vurğulayıb.

“AzPolitika.info”



Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol