Menu

Ukrayna dronları Saratov və Engels şəhərlərinə hücum etdi

26.08.2024, 11:34
Ukrayna dronları Saratov və Engels şəhərlərinə hücum etdi

Avqustun 26-da səhər saatlarında Ukraynaya məxsus pilotsuz təyyarələrin Saratov vilayətinin Engels şəhərindəki aviabazaya hücum edib.

“AzPolitika” teleqram kanallarında yayılan məlumatlara istinadla xəbər verir ki, dronlardan biri Saratovda hündürmərtəbəli binaya çırpılıb. Vilayətin qubernatoru Roman Busargin bildirib ki, bir qadın ağır yaralanıb və xəstəxanaya aparılıb, qalanları yerində tibbi yardım alırlar.

Regional səhiyyə qurumlarının məlumatına görə, Saratovda xəsarət alanların sayı 4 nəfərdir. Dronun çırpıldığı “Volqa səma” adlı yaşayış kompleksinin 38 mərtəbəli binası şəhərin ən hündür tikilisidir, onun hündürlüyü 128 metrdir.

Digər pilotsuz təyyarə Engelsdə çoxmərtəbəli binanın damına çırpılıb, onun dağıntıları onlarla avtomobilə ziyan vurub. “Baza” kanalı dronun binaya çırpılması anını dərc edib. Kadrlarda pilotsuz uçan aparatın yaşayış binasına çırpılması, ardınca isə partlayış baş verdiyi görünür. TASS-ın məlumatına görə, itki yoxdur.

Saratov və Engels şəhərləri Volqanın sağ və sol sahillərində bir-biri ilə üzbəüz, Engelsdəki hərbi aviabaza isə şəhərdən təxminən dörd kilometr aralıda yerləşir. Hücumdan sonra Saratov hava limanı fəaliyyətini dayandırıb.

Engelsdəki hərbi aerodrom dəfələrlə pilotsuz təyyarələrin hücumuna məruz qalıb. Orada Ukraynaya hücumlar üçün istifadə olunan Tu-95 və Tu-22 ağır bombardmançı təyyarələri yerləşir.

Rusiya Müdafiə Nazirliyi gecə ərzində Ukraynaya məxsus 20 təyyarə tipli pilotsuz təyyarənin vurulduğunu bildirib. Pilotsuz təyyarələrin əksəriyyəti - doqquzu Saratov vilayətinin ərazisində vurulub. Kursk vilayətinə üç, Belqorod, Bryansk və Tula vilayətlərinə iki, Oryol və Ryazan vilayətlərinə birə pilotsuz təyyarə zərbələri endirib.

Ukrayna Silahlı Qüvvələri mütəmadi olaraq pilotsuz uçuş aparatlarından istifadə etməklə Rusiya ərazisindəki hərbi obyektlərə hücum edir. Avqust ayında onlar Nijni Novqorod vilayətindəki Savasleyka aviabazasına, Volqoqrad vilayətindəki Marinovka bazasına və Murmansk vilayətindəki Olenya hərbi aerodromuna hücum ediblər. Nəticədə Rusiya ordusuna məxsus hərbi sürsat və qırıcı təyyarələr ciddi zərərə görüb, onların bir neçəsi məhv edilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol