Menu

Rusiyanın Kiyevdə ekoloji terror cəhdi - Raketlə Su Elektrik Stansiyasını dağıtmaq istəyib

26.08.2024, 18:07
Rusiyanın Kiyevdə ekoloji terror cəhdi - Raketlə Su Elektrik Stansiyasını dağıtmaq istəyib

Avqustun 26-sı səhər saatlarında Rusiya qoşunlarının Ukrayna ərazisinə kütləvi raket hücumu nəticəsində Kiyev Su Elektrik Stansiyasına ziyan dəyib.

“AzPolitika” xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Nəticədə su elektrik stansiyasının turbin zalı və bəndin yolu zədələnib.

Bundan əvvəl Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Ruslan Kravçenko ad çəkmədən regionda iki enerji obyektinin zədələndiyini bildirib.Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiya ilə Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko isə öz növbəsində Kiyev SES-in bəndinin yarılması təhlükəsinin olmadığını deyib: "Onu raketlərlə məhv etmək mümkün deyil".

Göründüyü kimi, Rusiyuanın məqsədi bu bəndi yarıb növbəti ekoloji fəlakət yaratmaq, Kiyev regionunu su altında qoymaqdır. Necə ki, bu cür ekoloji terror Kaxovsk SES-in partladılması zamanı baş vermişdi.

Kiyev su elektrik stansiyası Dnepr çayının üzərində, Kiyevdən bir neçə kilometr məsafədə yerləşir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol