Menu

İmişli sakininin həyətindən çətənə kolları və 10 kq-dan artıq narkotik vasitə aşkarlanıb

27.08.2024, 10:27
İmişli sakininin həyətindən çətənə kolları və 10 kq-dan artıq narkotik vasitə aşkarlanıb

İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini Mehti Mehtiyev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan APA-ya verilən məlumata görə, onun yaşadığı ünvana keçirilən baxış zamanı həyətyanı sahəsindən aqrotexniki qaydada qulluq edilərək yetişdirdiyi 42 ədəd çətənə kolu və 10 kiloqramdan artıq marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol