Menu

Agentlik xaricdə təhsil şirkətləri ilə bağlı çağırış edib

27.08.2024, 13:10
Agentlik xaricdə təhsil şirkətləri ilə bağlı çağırış edib

Təhsildə Keyfiyyət Təminatı Agentliyi xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır.

Bu barədə agentlikdən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, iddiaçılara hər hansı şirkət və ya şəxslər tərəfindən verilən vəd tanınma müddətində heç bir rol oynamır və belə hallarla rastlaşdığınız təqdirdə Təhsildə Keyfiyyət Təminatı Agentliyinin "Qaynar xətt” xidmətinə (146-8) və ya info@tkta.edu.az ünvanına məlumat verməkləri xahiş edilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol