Menu

Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşlar da səs verə biləcəklər

27.08.2024, 13:46
Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşlar da səs verə biləcəklər

Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşlar Milli Məclisə səçkilərdə səs verə biləcəklər.

Bunu "Report"a müsahibəsində Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.

O bildirib ki, əvvəllər də seçki günü şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən vətəndaşların həmin vəsiqələrdən istifadə etməklə səsvermədə iştirakının təmin olunması istiqamətində lazımi addımlar atılıb:

"Bu bizim üçün çox önəmli məqamdır. Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar da bu məsələ MSK-da müzakirə olunub. Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin keçməsinə baxmayaraq, həmin seçicilərin texniki məsələ ucbatından kənarda qalmasını istəmirik. Ona görə də həmin seçicilərin etibarlılıq müddəti başa çatmış şəxsiyyət vəsiqələri ilə də səs verməsini təmin edəcəyik. Aşağı seçki komissiyalarını da bu barədə məlumatlandırmışıq".

Şərhlər

Araz 2024-08-27 14:11:22

Bu nəticəsi hamıya seçkilərdən bir ay əvvəl bəlli olan səs vermənin mənasını kim aydınlaşıra bilər?
Bu xalqı dolamaq.ələ salmaq deyilmi?

Sultan 2024-08-27 14:08:56

Belə boş.mənasız məlumatın mənası varmı.Axı mandat veriləcək namizədlərin siyahisi ilə millət artıq tanışırBu oyunbazlıq,artıq xərclər.insanları boş yerə incitmək,iş rejimini.istirahətini pozmaq nəyə xidmət edir?Belə seçki olurmu ki.nticə bəlli.insanları məntəqələrə çağırırsınız.bunu heç bir dövlət.heç bir aöğıllı hakimiyyət etməzdi ki. MSK edir.tBu ölkə əhalisini qoyun-keçi saymağa bərabər bir əməliyyatdır!Çox ayıb!Belə yazılan MM-ən əhali.xalq nə gözləyə bilər.Yalnız səfalət.narahatçılıq,savaş və sair bədbəxtik.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol