Menu

"Fransa hakimiyyəti Durovu şifrələmə kodlarını əldə etmək ümidi ilə saxlayıb" - Lavrov

27.08.2024, 15:40
"Fransa hakimiyyəti Durovu şifrələmə kodlarını əldə etmək ümidi ilə saxlayıb" - Lavrov

Moskva və Paris arasında münasibətlər, o cümlədən Fransanın söz azadlığı məsələsindəki mövqeyinə görə ən aşağı həddə çatıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Teleqramın qurucusu Pavel Durovun Fransada saxlanmasını şərh edərkən deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyasının Fransada Durova çıxışı ilə bağlı notası nəzərdən keçirilir. O, həmçinin qeyd edib ki, Telegram platforması rahat və “həqiqətən qorunur” və Durovun saxlanması bunu sübut edir.

Lavrov əlavə edib ki, Fransa hakimiyyəti Durovu şifrələmə kodlarını əldə etmək ümidi ilə kiminsə məsləhəti ilə saxlayıb.

Şərhlər

dadaşyev 2024-08-27 16:01:19

İş vermək üçün əsas tapmasalar cibinə nəşə atıb bassınlar içəri bizdəki kimi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol