Menu

Səudiyyə vəliəhdi Fələstin prezidenti ilə Qəzzadakı vəziyyəti müzakirə edib

28.08.2024, 12:14
Səudiyyə vəliəhdi Fələstin prezidenti ilə Qəzzadakı vəziyyəti müzakirə edib

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Ər-Riyadda Fələstin Dövlətinin prezidenti Mahmud Abbasla görüşündə Qəzzadakı vəziyyəti müzakirə edib.

“AzPolitika” “Arab news”-a istinadla xəbər verir ki, vəliəhd şahzadə krallığın müharibədən əziyyət çəkən ərazidə gərginliyin qarşısını almaq üçün səylərini davam etdirdiyini, bütün beynəlxalq və regional tərəflərlə əlaqə saxladığını vurğulayıb.

O, həmçinin Səudiyyə Ərəbistanının Fələstin xalqının qanuni hüquqlarına dəstəyini təkrarlayıb. Fələstinn müstəqil dövlət kimi yaşamaq, fələstinlilərin arzuvə istəklərini yerinə yetirmək, ədalətli və davamlı sülhə nail olmaq hüqunun olduğunu bildirib

Görüşdə Səudiyyə və Fələstinin yüksək səviyyəli rəsmiləri iştirak edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol