Menu

Tacikistanda falçıların xidmətlərindən yararlananlar cəzalandırılacaq

28.08.2024, 18:01
Tacikistanda falçıların xidmətlərindən yararlananlar cəzalandırılacaq

Tacikistanda falçılıqla məşğul olan şəxslərin xidmətlərindən istifadə edənlər cəzalandırılacaq.

APA-nın “AsiaPlus” saytına istinadən xəbərinə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, araşdırmaların nəticəsində mütəmadi olaraq müəyyən məbləğ qarşılığında bu cür şəxslərə müraciət edən 150 nəfərlə bağlı müvafiq tədbirlər görülüb.

Bundan əlavə nazirlik həmin insanlar haqqında informasiyanın yer alacağı məlumat bazasının yaradılmasına qərar verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol