Menu

Azərbaycanda süni nəfəs aparatı pasiyentin qida borusuna qoşulub - XƏSTƏ ÖLÜB

29.08.2024, 15:25
Azərbaycanda süni nəfəs aparatı pasiyentin qida borusuna qoşulub - XƏSTƏ ÖLÜB

Qəbələdə əməliyyat zamanı pasiyentin ölümünə səbəb olmaqda təqsirləndirilən rayon Mərkəzi Xəstəxanasının Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsində həkim anestezioloq-reanimatoloq vəzifəsində işləyən Vahid Babayevin cinayət işi üzrə hökmdən verilən apellyasiya şikayəti məhkəmə prosesi yekunlaşıb.

“Report” xəbər verir ki, ittihama görə, bu il yanvarın 14-də İsmayıllı rayon sakini Murad Süleymanlı Qəbələ rayon Mərkəzi Xəstəxanasına səhhətindəki problemlərlə bağlı müraciət edib.

Pasiyent xəstəxanada əməliyyata götürülüb. Əməliyyatı 69 yaşlı həkim anestezioloq-reanimatoloq V. Babayev xəstəxananın digər həkimləri Telman və Azər adlı şəxslərlə birgə edib.

Əməliyyat zamanı V. Babayev intubasiya borusunu nəfəs borusu əvəzinə qida borusuna salıblar.

Nəticədə xəstə kəskin tənəffüs çatışmazlığı səbəbindən ölüb.

V.Babayev barəsində Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Qəbələ Rayon Məhkəməsinin hökmü V. Babayev üç il müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, müttəhim cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək.

V. Babayev həmçinin iki il müddətinə həkim-anestezioloq-reanimatoloq vəzifəsində işləmək hüququndan məhrum edilib. Məhkəmənin hökmdən müdafiə tərəfi şikayət verib.

Şəki Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib.

Şərhlər

kohne 2024-08-29 21:08:10

1 deyil 5 deyil 10 deyil....

Adam 2024-08-29 17:51:23

69 yaşlı həkimə normal pensiya verilsə, gedib, xarabasında oturar, özünüdə, xəstənidə riskə atmaz.

VƏTƏNDAŞ 2024-08-29 16:13:29

Azərbaycanda səhiyyəni öz başına buraxıb milləti soymağa yönəldəndə,təsadüfi "həkimlərlə"özəl Qospital yaradana nəzarət olmayanda,cidi müalicə edə bilməyərək insanları yüksək ödəmə tələb edəndə,məsuliyyət hissi olmayan həkimciklərə ciddi əməliyyat tapşıranda necə olmalıdır ki?Azərbaycan səhiyyəsi belə bərbad.İnsanların istifadə etdikləri qida məəhsulları zərərli və keyfiyyətsiz (yağlar.şəkər.yarımfabrikatlar ,makaron.düyi və sair) landa insanların həyatı ilə oyun iynayanlar nəzarətsiz və cəzasız qalanda necə olmalıdr ki?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol