Donbasda Rusiya qüvvələri Pokrovsk nəqliyyat qovşağı istiqamətində hücum əməliyyatlarını inkişaf etdirir.
“AzPolitika” yerli mediaya istinadla xəbər verir ki, ötən gün ruslar Pokrovsk üçün mühüm baza olan Novoqradovkanı ələ keçiriblər və hazlrda Pokrovskdan cəmi 10 kilometr aralıdadırlar.
Pokrovsk və qonşu Mirnoqradın əhalisi kütləvi şəkildə evakuasiya edilir. Bu iki şəhərin ümumi əhalisi təxminən 100 min nəfərdir.
Eyni zamanda, Ukrayna qüvvələri avqust ayında Rusiyanın Kursk vilayətində baş verən hərbi əməliyyatlar nəticəsində Donetsk bölgəsindəki ruslardan daha çox əraziləri nəzarətə götürüb. Bununla belə, Kursk vilayətində ukraynalıların işğal etdiyi ərazilərdə əhalinin sayı Ukraynanın Donbasda ruslar tərəfindən işğal olunmuş şəhərlərindən bir neçə dəfə azdır.
“AzPolitika.info”


Şərhlər