Menu

Rusiya Ermənistanla müttəfiqlik müqaviləsini gündəmə gətidi - İrəvandakı səfirlik bəyanat yaydı

29.08.2024, 16:54
Rusiya Ermənistanla müttəfiqlik müqaviləsini gündəmə gətidi - İrəvandakı səfirlik bəyanat yaydı

“Rusiya tərəfi 1997-ci ildə Rusiya Federasiyası ilə Ermənistan Respublikası arasında “Dostluq, əməkdaşliq və qarşiliqli yardim” müqaviləsində təsbit olunmuş prinsiplər əsasında ikitərəfli əməkdaşlığı inkişaf etdirməyə sadiqdir”.

“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin yaydığı bəyanatda deyilir.

Bəyanatda daha sonra qeyd olunur: “Bu sənəd dövlətlərarası münasibətlərimizin prinsiplərini və prioritetlərini müəyyənləşdirdi, eyni zamanda ikitərəfli tərəfdaşlığın həqiqi müttəfiqlik ruhunda qurulmasında mühüm mərhələ oldu.

Rusiya və Ermənistan ənənəvi dostluq münasibətlərini və siyasi, iqtisadi, hərbi, elmi, mədəni və digər sahələrdə hərtərəfli əməkdaşlığı gücləndirmək barədə razılığa gəliblər. Ölkələrimiz, həmçinin, həm regionda, həm də bütün dünyada sabitliyin və təhlükəsizliyin gücləndirilməsi istiqamətində əməkdaşlıq etmək öhdəliyi götürüblər”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol