Menu

Rusiya Silahlı Qüvvələri Stelmaxovka və Nikolayevkanı işğal edib

29.08.2024, 17:18
Rusiya Silahlı Qüvvələri Stelmaxovka və Nikolayevkanı işğal edib

Son 24 saat ərzində Rusiya hərbçiləri Luqansk vilayətində Stelmaxovka və Donetsk vilayətində Nikolayevka ərazilərini ələ keçirib.

TASS xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Qətiyyətli səylər nəticəsində "Qərb" qoşun qruplaşmasının bölmələri Luqansk vilayətinin Stelmaxovka kəndini, "Mərkəz" qoşun qruplaşmasının bölmələri isə Donetsk vilayətinin Nikolayevka qəsəbəsini nəzarət altına alıb və hazırda da irəliləməkdə davam edirlər", - deyə Rusiya hərbi idarəsindən bildirilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol