Menu

Ukraynaya məxsus "F-16" qırıcısı qəzaya uğrayıb

29.08.2024, 22:32
Ukraynaya məxsus "F-16" qırıcısı qəzaya uğrayıb

Ukraynaya məxsus "F-16" qırıcısı qəzaya uğrayıb, pilot həlak olub.

"Report" xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.

Ehtimallara görə, qəza pilotun səhvi nəticəsində baş verib.

Qəzanın səbəblərini müəyyən etmək üçün təyyarənin Müdafiə Nazirliyində xüsusi komissiya yaradılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol