Menu

UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub

30.08.2024, 15:33
UEFA Avropa Liqası: "Qarabağ"ın rəqibləri bəlli olub

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqibləri bəlli olub.

"Report"un məlumatına görə, "köhlən atlar" ilk oyununu "Ayaks"la (Niderland) evdə keçirəcək.

Ağdamlılar ikinci matçında səfərdə "Tottenhem" (İngiltərə) ilə qarşılaşacaq.

Azərbaycan təmsilçisi üçüncü görüşündə doğma meydanda "Lion" (Fransa), dördüncü qarşılaşmasında səfərdə "Olimpiakos"la (Yunanıstan) üz-üzə gələcək.

Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv daha sonra evdə "Malmö" (İsveç) ilə, ardınca isə səfərdə "Budyo Qlimt"lə (Norveç) görüşəcək. Növbəti qarşılaşmalar "Styaua" (Rumıniya) ilə Bakıda, "Elfsborq"la İsveçdə gerçəkləşəcək.

Qeyd edək ki, Liqa mərhələsi sentyabrın 25-26-da start götürəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol