İşğalçı İsrail ordusu Cenin şəhərində HƏMAS-ın bölgə üzrə komandirini və iki üzvünü qətlə yetirib.
“AzPolitika” xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, HƏMAS lideri olduğu bildirilən Vassem Hazemi işğalçılar tərəfindən pilotsuz uçuş aparatı (PUA) ilə vurulub.
Həmçinin onunla eyni avtomobildə olan iki HƏMAS üzvü də həlak olub.
HƏMAS hər üç şəxsin "Qəssam" Briqadalarının üzvü olduğunu təsdiqləyib.
“AzPolitika.info”


Şərhlər