Menu

Aİ-nin müdafiə nazirləri Rusiyaya hücum məhdudiyyətlərini ləğv etmək barədə razılığa gəlməyiblər

30.08.2024, 18:46
Aİ-nin müdafiə nazirləri Rusiyaya hücum məhdudiyyətlərini ləğv etmək barədə razılığa gəlməyiblər

Aİ müdafiə nazirləri Ukraynaya tədarük edilən silahların Rusiya ərazisində istifadəsinə qoyulan məhdudiyyətlərin birgə ləğvi ilə bağlı razılığa gəlməyiblər.

APA xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Brüsseldə 27 Aİ ölkəsinin müdafiə nazirlərinin qeyri-rəsmi görüşündən sonra keçirilən mətbuat konfransında deyib.

“Üzv ölkələr qərara gəldilər ki, bu, ikitərəfli məsələdir, qərarı silah tədarük edən dövlətlər verməlidir. Aİ səviyyəsində strateji müzakirə aparılıb, lakin nazirlər məsələnin milli orqanların səlahiyyətində qalması barədə qərar veriblər”, - o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol