Menu

Bu ilin səkkiz ayında Sumqayıtda qaydaları pozan sürücülər barəsində 58 min 62 protokol tərtib edilib

31.08.2024, 10:06
Bu ilin səkkiz ayında Sumqayıtda qaydaları pozan sürücülər barəsində 58 min 62 protokol tərtib edilib

Bu ilin səkkiz ayında Sumqayıtda yol hərəkəti qaydalarının pozulması ilə bağlı 58 min 62 inzibati protokol tərtib edilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, bunlardan 156-sı avtomobili sərxoş vəziyyətdə, 102-si narkotiklərin təsiri altında idarə edən, 199-u piyadalara yol verməyən, 11-i avtoxuliqanlıq edən, 5 min 3-ü üfüqi nişanlama xəttinin tələblərini pozaraq sola və geriyə dönmə qaydalarını pozan sürücülər təşkil edib.

Həmçinin,ilin əvvəlindən yol hərəkəti qaydalarını pozan 303 piyada barəsində protokol tərtib edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol