Menu

Rusiya Xarkovda yenə yaşayış binalarını hədəf aldı - Ölənlər arasında uşaqlar da var

31.08.2024, 10:39
Rusiya Xarkovda yenə yaşayış binalarını hədəf aldı - Ölənlər arasında uşaqlar da var

Rusiyanın Ukraynanın ikinci ən böyük şəhəri olan Xarkova qarşı terror hücumları bitmək bitmir.

“AzPolitika” xəbər verir ki, ötən gün baş verən növbəti zərbələr nəticəsində 22-si uşaq olmaqla 97 nəfər xəsarət alıb. Bu barədə Xarkov Hərbi Administrasiyasının başçısı Oleq Sinequbov məlumat verib.

Aviabombalarla həyata keçirilən hücum nəticəsində azı 7 nəfər həlak olub. Onların arasında 14 yaşlı qız və daha bir gənc rəssam – Nika Kojuşka da var. Sinequbov deyib ki, Rusiya Federasiyasının qonşu Belqorod vilayətindən “UMPB D-30” yüksək dəqiqlikli bombaları ilə beş hava zərbəsi endirilib. Bu, o deməkdir ki Rusiya növbəti dəfə bilərəkdən yaşayış binalarını hədəf alır. Zərbə nəticəsində 12 mərtəbəli yaşayış binasının üst hissəsi dağıdılıb.

Xarkova hücuma görə Prezident Volodimir Zelenski Qərb tərəfdaşlarını Ukraynaya Rusiya ərazisindəki hərbi obyektlərə hücuma icazə verərək terroru dayandırmağa çağırıb: "Rusiyanın Xarkova zərbəsi - sadəcə insanlara, adi evlərə... Bu zərbə Rusiya tərəfindən idarə olunan bombalarla endirilib. Müdafiə Qüvvələrimizin Rusiya hərbi təyyarələrini yerləşdikləri yerdə məhv etmək imkanı olsaydı, belə bir zərbə olmazdı. Bu terroru dayandırmaq üçün tərəfdaşların güclü qərarlarına ehtiyac var”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol