“Telegram” kanalının rəhbəri Pavel Durovla bağlı araşdırma Paris prokurorluğunun kiçik kibercinayətkarlıq bölməsi tərəfindən başladılıb. “Reuters” agentliyinin məlumatına görə, qısaca “J3” adlanan bu bölməyə 38 yaşlı Yohanna Bruss rəhbərlik edir.
“Reuters” bu departamenti Fransada ən əhəmiyyətli qurum adlandırır. Departamentdə cəmi beş prokuror var. Kibercinayətlərin araşdırılmasında isə 55-60 prokuror iştirak edir.
Qrupun rəhbəri Brousse keçən il “Le Figaro” qəzetinə verdiyi açıqlamada məhdud resurslarla “J3” "ən ağır cinayətləri araşdırmağa üstünlük verir" demişdi.
Durovun vəkili cümə axşamı bildirib ki, onu məsuliyyətə cəlb etmək "absurd"dur və “Telegram” mesajlaşma tətbiqi Avropa qanunlarına uyğundur.
Fransada rəsmi təhqiqat altında olmaq təqsirli olmağı nəzərdə tutmur və qanuni proseslərə səbəb olmur. Eyni zamanda, istintaq bildirir ki, əllərində olan dəlillər cinayət işini dvam etdirmək üçün kifayətdir. Girov müqabilində azad olan Pavel Durovun Fransanı tərk etməsi qadağan edilib.
“AzPolitika.info”


Şərhlər