Menu

"Prezidentin siyasətini dəstəkləyənlər bu seçkidə daha uğurlu nəticə göstəriblər" - “Oracle Advisory Group” təşkilatının təmsilçisi

01.09.2024, 20:46
"Prezidentin siyasətini dəstəkləyənlər bu seçkidə daha uğurlu nəticə göstəriblər" - “Oracle Advisory Group” təşkilatının təmsilçisi

Exit-poll nəticələrinə əsasən, Yeni Azərbaycan Partiyasının namizədləri əsas səs toplayıcısıdır.

"Report" xəbər verir ki, bunu Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərində "exit-poll” keçirən ABŞ-nin “Oracle Advisory Group” təşkilatının təmsilçisi George Birnbaum deyib.

"Bununla yanaşı bitərəf namizədlər arasında da yüksək nəticəsi olanlar var. Bütövlükdə Prezidentin siyasətini dəstəkləyənlər bu seçkidə daha uğurlu nəticə göstəriblər", - o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol