İran Kəşfiyyat Nazirliyinin (Ettelaat) rəhbəri Mahmud Ələvi dekabrın 8-də jurnalistlərə açıqlamasında prezident Mahmud Əhmədinejad hökumətində vəzifə tutmuş 20 rəsmiyə cinayət işi qaldırdıqlarını bildirib.
“Media forum” saytının məlumatına görə, Mahmud Ələvi deyib ki, cinayət məsuliyyətinə alınanlar vəzifədən sui-istifadə edərək hökumət əmlakını mənimsəməkdə və maddi fəsadda günahlandırılır: “Hazırda 3 nəfər həbsdə saxlanır, qalanları isə şərti azadlıqdadır. Bundan başqa məsələ ilə bağlı daha 30 şəxs ifadə vermək üçün çağırılıb. Bu qanun pozuntuları və hökumət əmlakını mənimsəmələr 2010-cu ildən 2012-ci ilə qədər bir dövrü əhatə edir”.
Ettelaat rəhbəri tutulan və ya dindirilən keçmiş rəsmilərin kimliyi haqda hər hansı açıqlama verməyib.


Şərhlər