Məlum olduğu kimi, Ukraynanın Kursk əməliyyatından sonra Vladimir Putin Ukrayna ilə danışıqların mümkünsüz olduğunu demişdi və onun mətbuat katibi Dmitri Peskov da bunu təsdiqləmişdi.
“AzPolitika” xəbər verir ki, yeni təhsil ilinin başlanmasıyla bağlı keçirilən ənənəvi “açıq dərs”də danışan Putin yenidən danışıqlardan vaz keçmədiklərini bildirib: “Rusiya heç vaxt sülh danışıqlarından imtina etməyib, lakin biz ölkə ərazisinə daxil olan quldurlarla məsələni həll etməliyik”. Bunu deyərkən Putin Kurska daxil olan Ukrayna ordu birləşmələrini nəzərdə tutub. Onun qənaətinə görə, Rusiya ərazisinə girən Ukrayna qoşunu “quldur”, Ukrayna ərazilərini işğal edən rus ordusu isə “sülh göyərçini”dir…
Putin həmçinin, Rusiya işğalçı qüvvələrinin Donbasda sürətlə irəlilədiyini deyərək, bununla qürrələnib. O, qeyd edib ki, ordu Donbasda artıq metrlərlə deyil, kilometrlərlə irəliləyir: “Rusiya silahlı qüvvələri 200-300 metrlik əraziləri yox, kvadrat kilometrlik əraziləri nəzarət altına alır”.
Putin həmçinin, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Kursk vilayətində əməliyyatını “təxribat” və Rusiyanın Donbasdakı hücumunu dayandırmaq cəhdi adlandıraraq, bunun uğursuzluğa düçar olduğunu iddia edib.
“AzPolitika.info”


Şərhlər