Menu

"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Çelsi"nin sabiq futbolçusunu transfer edib

02.09.2024, 23:27
"Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Çelsi"nin sabiq futbolçusunu transfer edib

"Qarabağ"ın UEFA Avropa Liqasındakı rəqiblərindən "Olimpiakos" (Yunanıstan) heyətini məşhur futbolçu Villianla gücləndirib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 1 illik müqavilə imzalayıb.

Braziliya millisinin sabiq üzvü daha əvvəl İngiltərədə "Çelsi", "Arsenal" və "Fulhem" kimi klubların şərəfini qoruyub.

Qeyd edək ki, "Qarabağ" "Olimpiakos"la 2025-ci il, yanvar 30-da səfərdə qarşılaşacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol