“Sorğulara görə, ABŞ-nin hazırki vitse-prezidenti Kamala Harris qadınlar arasında Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampla fərqi artırıb. Bu, qarşıdan gələn seçkilərdə əsas amil ola bilər”.
“AzPolitika” xəbər verir ki, bu barədə “The Hill” qəzeti bir sıra sosisoloji sorğuların nəticələrinə istinadən xəbər yayıb.
“ABC News/Ipsos”şirkətinin sorğusuna əsasən, Harris qadınlar arasında 54%-41% fərqlə , kişilər arasında isə 51%-46% fərqləTrampa qalib gəlir.
Jurnalistlər qeyd etdilər ki, Demokratlar Partiyasının qurultayından əvvəl Harris qadınlar arasında Trampı 6 faiz qabaqlayırdı.
“DecisionDeskHQ” sorğuindeksinə görə isə Haris qadınlar arasında keçirilən sorğuda 4,1 faizTrampdanüstün olub.
Başqa şirkətlərin keçirdikləri sorğuların nəticələrinə görə, HarrisTrampa nisbətən cüzi üstünlüyünü qoruyub saxlasa da, Demokratlar Partiyasının qurultayından sonra ümumi dəstəyin əhəmiyyətli artımına nail ola bilməyib.
“AzPolitika.info”


Şərhlər