Menu

Naxçıvanda 8 tona yaxın çətənə kolu məhv edilib

04.09.2024, 09:14
Naxçıvanda 8 tona yaxın çətənə kolu məhv edilib

Naxçıvanda ümumi çəkisi 7.628 ton olan 202875 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.


"Report"un yerli bürosu xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Culfa, Şərur, Şahbuz və Ordubad rayonları ərazisindən yabanı halda bitmiş, ümumi çəkisi 7.628 ton olan 202875 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Həmin çətənə kolları yandırılaraq məhv edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol