Andrey Sibiqa Ukrayna hökumətindəki kadr dəyişikliklərindən sonra ölkənin Xarici İşlər Nazirliyinə başçılıq edəcək. Bu vəzifədə o, istefa ərizəsi yazmış Dmitri Kulebanı əvəz edəcək.
“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” Ukrayna hakimiyyətindəki mənbələrinə istinadla məlumat yayıb.
Nəşr daha sonra yazıb ki, Kuleba yenə diplomat kimi fəaliyyətini davam etdirəcək: "Çərşənbə günü istefa verən Kuleba indi Ukraynanın NATO ilə əlaqələrini gücləndirməyə diqqət yetirəcək, çünki müharibədən əziyyət çəkən ölkə bloka qoşulmağa çalışır".
Hazırda Kulebanın Xarici İşlər Nazirliyində birinci müavini olan Sibiqa bacarıqlı diplomat kimi tanınır. O, bu il nazirlikdə işə başlamazdan əvvəl Ukrayna Prezident Ofisi başçısının müavini vəzifəsində çalışıb. Sibiqa həmçinin, 2016-2021-ci illərdə Ukraynanın Türkiyədəki səfiri olub.
“AzPolitika.info”


Şərhlər